Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
"Unikal" xəbər verir ki, 4 matçın hamısı eyni gündə olacaq.
"Çelsi" səfərdə "Legiya" ilə qarşılaşacaq. "Betis" "Yagelloniya"nı qəbul edəcək. "Fiorentina" "Selye"nin qonağı olacaq. "Yurqorden" isə evdə "Rapid"lə üz-üzə gələcək.
Bu mərhələnin cavab görüşləri 1 həftə sonra keçiriləcək.
Konfrans Liqası, 1/4 final, ilk oyunlar
10 aprel
20:45. “Legiya” (Polşa) - “Çelsi” (İngiltərə)
23:00. “Yurqorden” (İsveç) - “Rapid” (Avstriya)
23:00. “Betis” (İspaniya) - “Yagelloniya” (Polşa)
23:00. “Selye” (Sloveniya) - “Fiorentina” (İtaliya)