Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunda daha bir yarımfinalçı bəlli olub.
"Unikal" xəbər verir ki, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" 1/4 finalın cavab oyununda ABŞ-ın digər təmsilçisi “Los Anceles”lə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.
Görüşdə dubl edən (35, 85) Messi bir qolun ötürməsini (61) də verərək qələbədə böyük rol oynayıb.
İlk görüşdə 0:1 hesabı ilə uduzan Mayami klubu yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın “Vankuver” klubu ilə qarşılaşacaq. Oyun aprelin 24-də keçiriləcək.