Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında idman dırmanması üzrə Ölkə Kuboku keçirilib. Çətinlik növü üzrə keçirilən turnirdə müxtəlif yaş qrupundan ibarət idmançılar fərqli kateqoriyalar uğrunda mübarizə aparıb.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən "Unikal"a bildirilib ki, yeniyetmə kateqoriyası uğrunda 1-ci yerin qalibləri Rəsul Nəsir, Sofia Boriskina, 2-ci yerin qalibləri Murad İbrahimli, Həvva Yambulatova, 3-cü yerin qalibləri isə Nərgiz Əsədova və Anatoliy Meniailov seçilib.
Gənclər kateqoriyası uğrunda 1-ci yerin qalibləri Nazim Yusifzadə, Aliyə İbrahimbəyova, 2-ci yerin qalibləri Fərhad Babayev, Səlimə Əliyeva, 3-cü yerin qalibləri isə Cavid Yusubzadə və Xədicə Yambulatova olub.
Yarışın sonunda qaliblər diplom və medallarla mükafatlandırılıb.
Ölkə Kubokunun keçirilməsində məqsəd gənc idmançıların idman dırmanması sahəsində bacarıqlarının inkişaf etdirilməsi və bu sahəyə maraqlarının artırılmasıdır.