Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayıb.
"Unikal" xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.
"Mançester Yunayted" Fransada "Lion"la heç-heçə edib. "Tottenhem" Londonda "Ayntraxt"la bərabərə qalıb. "Latsio" səfərdə "Budo Qlimt"ə uduzub. "Atletik" isə "Reyncers"lə heç-heçə edib.
1/4 finalın cavab oyunları aprelin 17-də keçiriləcək.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
10 aprel
20:45. “Budo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) - 2:0
Qollar: Saltnes, 47, 69
23:00. “Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə) - 2:2
Qollar: Almada, 25, Çerki, 90+5 - Yoro, 45+5, Zirkeze, 88
23:00. “Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) - 1:1
Qollar: Porro, 26 - Ekitike, 8
23:00. “Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) - 0:0