"Danışılmış oyunlarla bağlı işlər davam edir".

"Unikal" xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O, AFFA-nın bu işlə ciddi şəkildə məşğul olduğunu bildirib: "Bu cür hallar təsdiqini taparsa, səbəbkarlar ciddi şəkildə cəzalanacaq. Ona görə də idmançıları belə işlərlə məşğul olmamağa çağırıram".