Türkiyə Super Liqasında XXXI tura start verilib.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

"Sarı-qırmızılılar" bu qələbə nəticəsində turnir cədvəlində xallarının sayını 74-ə çatdırıb.