Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblır.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
Anar Kəlbiyev