Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.

"Unikal" xəbər verir ki, İlk yarımfinal oyununda  "Milli Aviasiya Akademiyası"na 3:2 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda eyni hesabla uduzub. 

Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:11) üstələyən "Azərreyl" həlledici mərhələyə yüksəlib.

Digər finalçı isə "Abşeron" olub. Sözügedən komanda birinci yarımfinal qarşılaşmasında 3:1 hesabı ilə qalib gəldiyi "Gəncə"yə ikinci görüşdə də şans verməyib - 3:0.

Qeyd edək ki, "Azərreyl" və "Abşeron" komandaları arasındakı final qarşılaşmaları aprelin 21-24 tarixlərində keçiriləcək.