Tanınmış həkim Adil Qeybullanın Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu müayinə etməsi üçün onun istintaq təcridxanasına daxil olmasına icazə verilib.

"Unikal" xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi açıqlayıb.

Adil Qeybulla Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.

Həkim məhkumun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib. 

A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb.