Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var. 

"Unikal"ın əldə etdiyi məlumata görə, tikinti maqnatının oğlu Şahin Axundov həbs edilib.

*** 

10:31

İsfəndiyar Axundov isə "Unikal"a açıqlama verərək "Oğlum türmədə deyil, xəstəxanadadır", - deyib. 
"Oğlunuz hansı xəstəxanadadır?" sualımıza isə iş adamı "Onun sizə aidiyyatı yoxdur", deyə cavab verib.

Xatırladaq ki, Musavat.com-un məlumatına görə, bu yaxınlarda Şahin Axundovun Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onun xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri yayılmışdı.  Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur. Təbii ki, belə olan təqdirdə onun həbsi məsələsi gündəmdə olsa da, müalicə müəssəsinə yerləşdirilməsi mümkündür.

Seymur Əli