Aprelin 19-da saat 22:00 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Niva” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Seymur Əli