19 aprel tarixində İspaniya La Liqasında 32-ci tur çərçivəsində Barselona - Selta Viqo (4:3) matçında maraqlı anlar yaşanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, matçın son dəqiqələrində "Barselona"nın məşqçiləri və furbolçuları penalti tələb ediblər. Bu zaman hakim onlarla eyni fikirdə olmayıb. "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin köməkçilərindən biri bu qərara qəzəblənib və planşetini yerə çırparaq sındırıb.

Xatırladaq ki, oxşar hadisə bir neçə gün əvvəl Azərbaycan çempionatında da baş vermişdi. Belə ki, "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la matçda hakimin qərarına əsəbiləşərək epizodun təkrarını izlədiyi planşeti təpik vuraraq sındırmışdı.

Seymur Əli