Cüdo üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Azərbaycan Cüdo Federasiyasından "Unikal"a verilən məlumata görə, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram) xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Onu Avropa çempionatında Rəşid Məmmədəliyev əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23–27-də Monteneqroda keçiriləcək. Mötəbər turnirdə Azərbaycanı 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.