Səudiyyə Ərəbistanı Pro Liqasında 29-cu turun matçları oynanılır.

"Unikal" xəbər verir ki, "Ən-Nəsr" səfərdə "Damak"ın qonağı olub.

Qalşılıqlı qollarla keçən görüşdə qalib əlavə olunmuş dəqiqələrdə müəyyənləşib. Meydan sahiblərinin 2 qoluna 3 dəqiq zərbə ilə cavab verən "Ən-Nəsr" sonda sevinən tərəf olub - 2:3.

Qeyd edək ki, paytaxt klubunun ulduz kapitanı Kriştianu Ronaldu matçda iştirak etməyib.

Hazırda "Ən-Nəsr" 60 xal toplayıb və turnir cədvəlində ilk üçlüyü qapayır. Komanda lider "Əl-İttihad"dan 8 xal geri qalır. "Damak" isə 31 xalla 11-ci yerdə qərarlaşıb.