"2024-cü ildə suvarma mənbələrindən 9 milyard 256 milyon kubmetr su götürülüb, təsərrüfatlara 6 milyard 710 milyon kubmetr su verilib. Qalan 2 milyard 500 milyon kubmetrə yaxın su itkiyə gedib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin keçirdiyi ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

"1 milyon 430 min hektar suvarma sahəsinin təqribən 790 min hektarı öz axını ilə, 642 min hektarı isə mexaniki üsulla su ilə təmin edilib. Hazırda anbarlarda 18 milyard 760 milyon kubmetr su ehtiyatları toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 576 milyon kubmetr çoxdur. Bu il  1 milyon 524 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulur", - deyə xidmət rəisi bildirib.

Anar Kəlbiyev