Ankarada iki ayda saxta spirtli içkidən ölənlərin sayı 105-ə yüksəlib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

"Ankarada son iki ayda saxta spirtli içki qəbul etməsi nəticəsində dünyasını dəyişənlərin sayı 105 nəfərə çatıb. Prokurorluq tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində 43 nəfər həbs edilib", - məlumatda qeyd olunub. 

Bildirilir ki, saxta spirtli içkidən zəhərlənən 29 nəfər Ankaranın tibb müəssisələrində müalicə alır.