Rusiya heç kimə hücum etmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib.
"Belə bir planımız yoxdur. NATO-ya daxil olan Finlandiya və İsveçlə bizim heç bir problemimiz olmayıb və yoxdur", - Kreml nümayəndəsi qeyd edib.
O qeyd edib ki, Finlandiya ərazisində tədricən hərbi infrastruktur yaranır.
“Rusiya buna necə reaksiya verir? O, öz təhlükəsizliyini artırmaq üçün tədbirlər görür, bizim ordumuz bunu zəruri hesab edir”, – deyən Peskov Moskvanın “münaqişə potensialının” olmadığını qeyd edib.