Qaxda yaşayış evində yanğın olub.

 "Unikal" xəbər verir k, yanğın  rayonun Tanqıd kənd sakini 1987-cı il təvəllüdlü  Yusifov Hacı Hikmət oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə  Qax rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 80 k/m olan fərdi yaşayış evinin 60 k/m tavan hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli