Ağdaşda yol qəzası olub, xəsarət alanlar var  

"Unikal"ın  məlumatına görə, hadisə Qumlax kəndi yaxınlığında baş verib.  Belə ki, "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. Qəza nəticəsində avtomobillərdən biri  idarəetmədən çıxaraq  yol kənarına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Ağdaş rayon sakinləri - 1986-cı il təvəllüdlü Maqsud Mustafayev, 1996-cı il təvəllüdlü Elvin Əsədov, 1991-ci il təvəllüdlü Rəşad Cəbrayılov və 1997-ci il təvəllüdlü Turan Qədirov  xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov