Xilasetmə qüvvələri Bəndər Abbasın Rəcai limanında baş verən şiddətli partlayışın olduğu yerə hələ çatmayıb.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
"Bu hadisədə yaralanan və həlak olanların sayı İslam Respublikası rəsmilərinin açıqladığı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Bəndər Abbasdakı bəzi yerli mənbələr partlayışda ölənlərin sayının onlarla olduğunu bildiriblər. Onlar partlayışın intensivliyinin böyük olduğunu, buna görə hələ də partlayış yerinə daxil ola bilmədiklərini bildirib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, indiyə qədər partlayışda 4 nəfərin öldüyü, 516 nəfərin yaralandığı açıqlanıb.
Ağarza Elçinoğlu