Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini 1994-cü il təvəllüldü İ.Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, İ.Qurbanovu
Şəmkir şəhər sakini 2000-ci il təvəllüdlü N. Şirinov aralarında baş verən münaqişə zəminində bıçaqlayıb.

Fakt araşdırılır.

Tural Əhmədov