Naxçıvan şəhərində ağır yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.