Fransa prezidenti Emmanuel Makron gözlənilməz addım atıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Paris yaxınlıqdakı kiçik barlardan birinə xəbərsiz səfər edib.
Belə ki, ölkə rəhbərini barda görən vətəndaşlar təəccüblərini gizlətməyiblər. Hətta Fransa liderinin dublyoru sanıblar.
Makron barda "Sauvignon blanc" içkisini içənlərdən başqa hər kəsə qəhvə sifariş verib. O, fransızların səhiyyə, iş, əməkhaqqı və digər gündəlik qayğıları barədə bir saatdan çox söhbət edib.
Qeyd edək ki, Emmanuel Makron xalqına az etimad göstərməsinə görə tez-tez tənqid olunur.
Gülayə Mecid