2025-ci il mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi tamam olur. Bayram ərəfəsində Rusiyanın Azərbaycandakı hərbi attaşe aparatının əməkdaşları və Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, eləcə də Azərbaycanın rus icmasının nümayəndələri Bakıda yaşayan Böyük Vətən müharibəsi veteranlarına və Leninqrad blokadasından sağ çıxanlara baş çəkiblər. Onlar Rusiya Prezidenti Vladimir Putinin adından onlara şəxsi təbriklərini çatdırıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bakıda yaşayan Leninqrad blokadasından sağ çıxanları Rusiyanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi Valeri Korçaqin və Azərbaycan Rus İcması sədrinin birinci müavini Dmitri Anisimov təbrik ediblər.
Ağarza Elçinoğlu