Mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında Hindistanı müdafiə naziri Sancay Seth təmsil edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Yeni Dehlidəki səfirliyinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Attaşesi polkovnik Sergey Xarçenko dəyirmi masada bildirib.

"Dövlət müdafiə naziri Raca Rakşa Mantri Sancay Seth Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlər üçün Moskvaya gedir", - deyə səfir bildirib.