Mayın 10-da Lənkəranda müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün həyatını xalqına, Azərbaycan dövlətinin inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyi qeyd edilib.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.

Tədbir iştirakçıları sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzeyi ziyarət ediblər, Ulu Öndərin büstünün önünə tər güllər düzüblər və Ümummilli Liderinin həyat və fəaliyyətinə həsr olunan sərgi ilə tanış olublar.

Qeyd edək ki, Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunan tədbirlər təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və digər sahələrdə  fəaliyyət göstərən idarə və təşkilatlarda silsilə şəklində keçirilib, gün ərzində Ulu Öndərin abidəsi və Heydər Əliyev müzeyi sakinlər tərəfindən ziyarət olunub.