Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində, o cümlədən tabe qurumlarda Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətinə həsr olunmuş sənədli film izlənilib.