Mayın 11-dən 13-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, İsmayıllı, Ağsu, Şamaxı, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdərə, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Naftalan, Goranboy, Mingəçevirdə də qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
***13:30
Mayın 11-i günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
"Unikal" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.