10 may 2025-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Abşeron rayon St.Sumqayıt ərazisində yerləşən istirahət parkında, Rayon mədəniyyət evinin və Qubadlı Rayon Polis idarəsinin həyətində, həmçinin 28 May Mədəniyyət evinin, Rayon İcra Hakimiyyətinin həyətində, rayonun İdarə, müəssisələrində, rayonun bütün ümumtəhsil məktəblərində, eləcə də Sumqayıt şəhərində 12 müxtəlif ünvanda yerləşən şəhid abidələrinin qarşısında ağac və gül kolları əkilib, ağaclar suvarılıb, təmizlik işləri aparılıb. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Abşeron rayon St.Sumqayıt ərazisində fəaliyyət göstərən rayonun Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. 

Ağac və gül kolları əkilən ərazidə təmizlik işləri aparılıb, eyni zamanda əkilmiş ağaclar və gül kolları suvarılıb.  Ümumilikdə 2500 ədəd qızılgül kolları, 1400  ədəd zeytun ağacı və 500 ədəd geparis ağac əkilib.