Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki hesabında məlumat yayıb.
Bildirilib ki, Türkiyə Ordusunun 9-cu Komando Briqada komandanlığı və Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri “Birgə komando təlimi” keçirib.