“Transsərhəd insan alverinə qarşı mübarizə ilə bağlı yeni çağırışlar var. Əvvəlki ilə müqayisədə turistlərin sayı indi daha çoxalır. Xüsusilə Azərbaycana gəlmək üçün viza şərtləri asanlaşdırılıb. Bundan istifadə edən transmilli cinayətkar qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
"Bəzən tələbələr xaricdə oxumaq üçün viza ala bilmirlər. Lakin saxta yollarla tələbə adını qazanan, əslində başqa məqsədlə Avropa və digər ölkələrə getməyi planlaşran şəxslərə isə asanlıqla viza verilir. Yəni, əziyyət çəkənlər kənarda qalır. Bu məsələlərdə koordinasiya mütləqdir. Bununla yanaşı, maarifləndirmə işlərini gücləndirməliyik”, - deyə deputat bildirib.
Anar Kəlbiyev