İşğaldan azad edilmiş ərazilərimizdə 20 təhsil müəssisəsi, 2300 şagird var. Həmçinin 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir.
"Unikal" xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
“2026-ci ilə qədər yeni təhsil müəssisələrini görəcəyik. Xankəndidə 4 nömrəli məktəb demək olar ki, tam dolub. Ona görə də növbəti ildə ikinci məktəbin açılmasını planlaşdırırıq”, - deyə nazir bildirib.