Əfsanəvi sovet kəşfiyyatçısı, İkinci Dünya Müharibəsi veteranı Gennadi Yuşkeviç Belarusda 98 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
"Belarus Respublikası Müdafiə Nazirliyinin Kollegiyası İkinci Dünya Müharibəsi veteranı Gennadi Vladimiroviç Yuşkeviçin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verir. Gennadi Vladimiroviç 98 yaşında dünyasını dəyişib", - məlumatda deyilir.