Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Ford" markalı avtomobil taksi fəaliyyəti göstərən, 77-TD-524 dövlət qeydiyyat nişanlı "VAZ-2106"nı vurub. "VAZ" isə divara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Murad İbrahimli