Amerika təyyarə istehsalçısı "Boeing"in səhmləri Hindistanda təyyarə qəzası xəbəri ilə 7,8% ucuzlaşıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ilkin ticarətdə səhmlərin qiyməti 197,3 dollara çatıb.

"Boeing 787-8 Dreamliner" təyyarəsi Əhmədabaddan Londona uçarkən binaya çırpılıb. 

Korporasiyanın özü hələlik insidentlə bağlı açıqlama verməyib.

Gülayə Mecid