Fövqəladə Hallar Nazirliyi Neft Emalı Zavodundakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən "Unikal"a bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

***

08:47

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.

Əlavə məlumat veriləcək.

Seymur Əli