Xəbər verdiyimiz kimi, İsrailin bu gecə İrana hücum etməsi nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri, SEPAH generaları Hüseyn Səlami və Qulaməli Rəşid, eləcə də İranın ali dini lideri Əli Xamenei baş müşaviri Əli Şamxani öldürülüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin bu hücumunun ilkin səbəbi açıqlanıb. 

 İsrail ordusunun sözçüsü Efi Defrin bildirib ki, İslam Respublikası təcili şəkildə atom bombası hazırlamaq üçün sınaqlar keçirib: "Biz ilk dəfə olaraq İslam Respublikasının bu yaxınlarda qısa və tez bir zamanda nüvə silahı yaratmağa imkan verə biləcək sınaqlar keçirdiyini aşkar etdik".

Ağarza Elçinoğlu