İyunun 15-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Balakəndə 42, Zaqatalada 41, Tovuzda 6, Daşkəsəndə 5, Ağstafa və Şəkidə (Kişçay) 4, Ceyrançöl və Gəncədə 3, Şəmkir, Göygöl, Qax və Qusarda 1 mm-dək olub.
Bəzi yerlərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Zaqatalada 28, Bakıda və Abşeron yarımadasında 23, Naftalanda 22, Oğuz və Tovuzda 20, Şahdağ, və Goranboyda 19, Gəncə və Şəmkirdə 16 m/s-yə çatır.
Sumqayıt, Pirallahı, Lerik, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Dumanda görünüş 500-1000 m-dək məhdudlaşıb.
İyunun 14-də Tovuz rayonuna saat 20:05-20:08 radələrində diametri 18, iyunun 15-də Tovuz rayonuna saat 03:30-03:34 radələrində diametri 20, Şəmkir rayonuna saat 04:05-04:08 radələrində diametri 20, saat 06:45-06:50 radələrində diametri 15 mm olan, eləcə də Gədəbəy rayonunun Xarxar kəndinə dolu yağıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 17-si gündüzədək davam edəcək.