Ukraynalı aktyor Yuri Felipenko xüsusi hərbi əməliyyat zonasında həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Katerina Mortriç sosial şəbəkədə bildirib.

Filipenko 1993-cü ildə Zaporojyedə anadan olub. O, Kiyev Akademik Dram Teatrında çalışıb, xarici filmlər və cizgi filmləri səsləndirib. Filipenko kinoda debütünü “Muxtarın dönüşü” rus serialının 9-cu mövsümündə edib. Bundan sonra o, Ukraynanın məşhur filmlərində rol almağa başlayıb.