ABŞ-də baş verən hadisə dünya ictimaiyyətinin diqqətini çəkib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, üç uşaq anası və Havay Hərbi Dəniz Qüvvələrinin Hava Stansiyasının əməkdaşı olan Maya adlı qadın 7 yanvar 2021-ci ildə itkin düşüb. Onun ölü və ya sağ olduğu hələlik məlum deyil.
Lakin illər sonra polis qadının itkin düşməsində onun əri ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş snayperi Larri Millettdən şübhələnib. Məlumata görə, Mayanın yoxa çıxmasından qısa müddət əvvəl Larri evliliyini bərpa etmək üçün cadugərlərlə əlaqə saxlayıb. İş materiallarına görə, o, sevgi tilsimləri də daxil olmaqla, "cadu"lara 11.000 dollardan çox pul xərcləyib və sonra "Mayanı şikəst etmək" xahişini edib. Arvadı yoxa çıxdıqdan sonra o, cadugərlərlə əlaqəsini kəsib.
Kişi həyat yoldaşı ilə münasibətlərinin yaxşı olmadığını polisə ilkin ifadəsində açıqlayıb.
Prokurorlar iddia edirdilər ki, Larri həyat yoldaşının yoxa çıxmasında əsas şübhəlidir. Onu ömürlük həbs cəzası gözləyir. Prokurorlar və zərərçəkmişin ailəsi Mayanın axtarışlarını davam etdirir.
Seymur Əli





.jpg)






.jpeg)







































_1783434527.jpeg)
