Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə səfəri çərçivəsində Gazi Universitetini ziyarət edib.

"Unikal" xəbər verir ki, nümayəndə heyəti Gazi Universitetinin rektoru professor Uğur Ünalla görüşüb.

Görüşdə AzTU ilə Gazi Universitetinin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə birgə həyata keçirdiyi ikili diplom proqramının gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, müvafiq istiqamətlər üzrə əməkdaşlığın genişləndiriliməsi imkanları müzakirə olunub.