Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.

"Unikal" xəbər verir ki, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.

Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.