Vətən Partiyasının sədri Məhərrəm İncənin 4,5 ildən sonra Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıtması gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat dərc edib

Qeyd olunur ki, İncə bu gün Türkiyə Böyük Millət Məclisində keçiriləcək CHP qrup toplantısına qatılacaq. 

Məhərrəm İncə uzun illər CHP-də millət vəkili və qrup sədr müavini vəzifələrində çalışıb. 2014 və 2018-ci illərdə CHP sədrliyinə namizəd olan İncə 2018-ci il prezident seçkilərində partiyanın namizədi olub.

İncə 8 fevral 2021-ci ildə CHP-dən istefa verib. Təxminən 5 ay sonra, 17 may 2021-ci ildə Vətən Partiyasını qurub. İncənin rəhbərlik etdiyi partiya 2023-cü il ümumi seçkilərinə öz siyahısı ilə qatılıb.

Gülayə Mecid