Ehtiyatda olan erməni polkovnik Mihran Maxsudyan həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları bizim ailənin İcevan və Voskepardakı evlərində axtarış aparıblar. Axtarış zamanı qanunsuz heç nə aşkar edilməyib. Lakin hakimiyyət atam Mihran Maxsudyanı həbs etməklə qanunsuzluğa əl atıb. Hazırda o, İstintaq Komitəsindədir. Bu, təkcə qanunsuzluq deyil, həm də siyasi təqibin bariz təzahürüdür", - deyə hərbçinin oğlu açıqlayıb.
Qeyd edək ki, bu gün "Müqəddəs Mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qaltsyan da hakimiyyəti ələ keçirmə ittihamı ilə həbs olunub.
Ağarza Elçinoğlu