Milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın xərclər və vergilərlə bağlı qanun layihəsini tənqid edib.
"Unikal" xəbər verir ki, bu barədə sahibkarın "X" sosial şəbəkəsində məlumat verilib.
Mask, sorğulara görə, qanun layihəsinin Respublikaçılar Partiyası üçün siyasi intihar olduğunu vurğulayıb.
O, həmçinin, amerikalıların yarıdan çoxunun ABŞ prezident administrasiyasının təşəbbüsünün ABŞ büdcə kəsirini artıracağına inandığını göstərən araşdırmaların nəticələrini retvit edib.