Rusiya telekanallarının Ermənistan Respublikası ərazisində yayımının dayandırılması məsələsi ciddi müzakirə olunmalıdır.
"Unikal" xəbər verir ki, bunu iyulun 1-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanda baş verən hadisələrlə bağlı bəzi rusiyalı yayımçıların, ictimai-siyasi xadimlərin qiymətləndirmələrini şərh edərkən deyib.
O, xüsusən də Rusiya televiziyalarının bəzi verilişlərinin Ermənistan-Rusiya münasibətlərinə ziyan vurması ilə bağlı fikirlərini bildirib. "Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və digər rəsmi şəxslər tərəfindən çox yaxşı səfərlər oldu. İndi Samvel Karapetyan (erməniəsilli rusiyalı iş adamı - red.) tərəfindən maliyyələşdirilən bəzi adamlar onu qorumağa çalışırlar. Qoy bizim daxili işlərimizə qarışmasınlar", - deyə Simonyan əlavə edib.
Parlament sədri vurğulayıb ki, bu cür proqramlar və mövqelər təkcə onda deyil, Ermənistan Respublikası vətəndaşlarının böyük əksəriyyətində də mənfi emosiyalar yaradır.






.jpg)


.jpg)

.jpg)






.jpg)

.jpg)



.jpg)
































