Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.

Bu barədə "Unikal"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.

Bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılıb.

Qeyd edək ki, “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyev və digər saxlanılan nümayəndələrin də sərbəst buraxıldığı bildirilir.