Azərbaycanlı iş adamı Sankt-Peterburqda saxlanılıb. 

"Unikal" xəbər verir ki, təhlükəsizlik qüvvələri “OOO Amurov Group” tikinti şirkətinin baş direktorunu Parqolovo şəhərinin Voloqodskaya küçəsindəki evinə basqın edərək tutublar. 

O, daşınmaz əmlak investisiyaları ilə bağlı bir sıra çoxmilyonluq fırıldaqlarda şübhəli bilinir. Bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb: "Sankt-Peterburq cinayət axtarış idarəsinin əməkdaşları 46 milyon rubldan çox məbləğdə dələduzluqda şübhəli bilinən 32 yaşlı biznesmeni saxlayıb. İstintaqın məlumatına görə, o, vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə pul qoymağı təklif edib, lakin həmin vəsaiti mənimsəyib".

Axtarış zamanı əmlaka aid sənədlər, telefon, rubl və xarici valyutada pul götürülüb.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. 

Ağarza Elçinoğlu