İzlənmə rekordları qıran “Eşref Rüya” serialı bu dəfə tanınmış yazar Murat Menteşin plagiat iddiası ilə gündəmə gəlib.
"Unikal" xəbər verir ki, Menteş serialın süjetinin özünə məxsus bir film layihəsindən götürüldüyünü irəli sürərək hüquqi addım atdığını açıqlayıb.
Qeyd edək ki, daha əvvəl “Ateşten Küle” adlı əsərin müəllifi olan “Duru Mavii” təxəllüslü Wattpad yazarı da “Eşref Rüya”nın ssenarisinin onun hekayəsi ilə oxşarlıq göstərdiyini bildirərək hüquqlarını qorumaq üçün tədbir görəcəyini bəyan etmişdi.
Son açıqlamada Murat Menteş, serialın 03 Medya tərəfindən istehsal olunan, baş rollarında Barış Arduç və Hande Erçelin yer aldığı “Dehşet Bey” adlı film layihəsindən alıntı olduğunu iddia edib. Yazıçı həmçinin serialın prodüseri Tims&B və ssenarist Ethem Özışık barəsində “telif hüquqlarının pozulması və intihal” səbəbilə məhkəmə iddiası qaldırıldığını bildirib.
Demet Özdemir və Çağatay Ulusoyun baş rollarını paylaşdığı serial, yayımlandığı gündən bəri geniş auditoriya tərəfindən izlənilsə də, ssenarisi ilə bağlı plagiat ittihamları gündəmdə qalmaqda davam edir.