İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 46 km şərqdə, ocağı isə 7 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.